15 Aralık 2011 Perşembe

"İngilis dili dayaq məntəqəsi" haqqında

Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır.
Hz. Məhəmməd


Salam, bu bloqda siz İsmayıllı şəhər 1 saylı tam orta məktəbin xarici dil üzrə dayaq məntəqəsinin işləri ilə tanış olacaqsınız. Dayaq məntəqəsinin rəhbəri mən-Şükufə Nəcəfovadır. Dayaq məntəqəsinə aşağıdakı məktəblər daxildir: İ. Həsənov adına şəhər 1 saylı tam orta məktəb, 2 saylı tam orta məktəb, Mican kənd tam orta məktəb, İvanovka kənd tam orta məktəb, Ruşan kənd və Vəng kənd məktəbləri.
Dislokasiyaya daxil olanXarici dil müəllimlərinin siyahısı
Dislokasiyaya daxil olan xarici dil müəllimlərinin sayı 22 nəfərdir.
Onu da qeyd etmək istərdim ki, bu dayaq məntəqəsindən yalnız dislokasiyaya daxil olan məktəblərin müəllimləri deyil, ümumiyyətlə rayonun xarici dil müəllimləri faydalanır. Məktəbimizin novator müəllimlərindən innovativ metodlardan istifadə etməklə dərslərini müasir tələblər əsasında qurmağın yollarını öyrənirlər. Onlar vaxtaşırı müəllimlərimizin dərslərində iştirak edir və lazımi təcrübə əldə edirlər. Müəllimlərimiz dayaq məntəqəsinə müraciət edən müəllimlərdən öz köməklərini əsirgəmirlər. 
İclasdan görüntülər


 
 Bu videoda siz ABŞ-ın Azərbaycandakı  səfiri Metyu Brayza ilə məktəbimizdə Sülh korpusunun 50 illiyi münasibətilə keçirilən mitinqi görə bilərsiniz.